Akademik Musiqili Teatrda premyera - “Qırmızı papağ”
15 və 25 may tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti, “Dövlət Mükafatı” laureatı, “Şöhrət” ordenli Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşanın premyerası olacaq.
6 May 2019 10:36 Mədəniyyət15 və 25 may tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti, "Dövlət Mükafatı" laureatı, "Şöhrət" ordenli Emin Sabitoğluya məxsus olan "Qırmızı papaq" musiqili nağıl-tamaşanın premyerası olacaq.
Olaylar.az bildirir ki, rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru - Əməkdar artist Boris Qrafkindir.
Nağıl qəhrəmanlarını teatrın sevimli aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar. Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.