Leyla Əliyeva: “Mənəvi təhsilin əldə olunması da vacibdir”
Leyla Əliyeva: “Mənəvi təhsilin əldə olunması da vacibdir”
3 May 2019 16:03 Mədəniyyət"Dünyanın bir çox ölkələrindən hamının dünyamızı daha yaxşı etməsi üçün görülən təşəbbüslər təqdirəlayiqdir". "Olaylar" xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması - BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışı zamanı deyib. O, əlavə edib ki, gənclərin özlərinin çoxsaylı şəbəkələr yaratması, bütün mümkün sərhədləri keçmək kimi bacarıqları, qabiliyyətləri var: "Sülh və harmoniya uğrunda mübarizədə gənclər bəzən idealist, romantiklər kimi baxır. Amma bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa olan yaxınlığı hamımızın sülhə və çiçəklənməyə gətirib çıxaracağı məqamdır. Mənəvi təhsilin əldə olunması da vacibdir. Ailələr mühüm müəssisələrdir. Gənclərin sülhpərvər dünyada yaranmasında, dəyərlərin aşılanmasında, əməkdaşlıq və bütün bəşəriyyət üçün rəğbət və hörmətin səslənməsi üçün ümdə ünsürdür. Bu özü də boşluq və vakuum əfsuslar olsun ki, nifrət, qəzəb, zorakılıqla doldurulur. Eyni zamanda gənclərin müvafiq, doğru-düzgün təlim və tədrislə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır".