Anar Mədətovdan daha bir şok hərəkət - “Üç-dörd nəfər...”

Mənim oğlumu niyə o soyadı götüzdürürlər?

"Samirə xanımın həyat yoldaşımdan ayrılmağımda günahı yoxdur. Sevmişəm və ailə qurmuşam. O, ailə dağıdan olmayıb".

AzNews.az xəbər verir ki, bu sözləri vizajist Samirə adlı xanımla evlənən prodüser Anar Mədətov "Hər şey daxil" verilişində deyib.

O, ayrıldığı həyat yoldaşı Elnurə xanımla mülk davası etməyəcini də açıqlayıb: "Nə etmişəmsə, uşaqlarım üçün etmişəm. Nə varsa, onlara qalacaq. Xaricdəki evlərim qızımın adına, Bakıdakı evim və villamı isə oğluma verəcəm".

Prodüser oğlu Mahir Mədətovun soyadını dəyişməsi haqqında da danışıb: "Oğlumla iki gün əvvəl danışmışam. Onun soyadını "Əmrəli" etmək istəyirlər. Üç-dörd nəfər çirkin işlərlə məşğul olurlar. Mənim oğlumu niyə o soyadı götüzdürürlər?. Zaqatalada Əmrəli adlı fərari var idi. Artıq Azərbaycanda yaşamır. Niyə oğluma bu soyadı verirlər?".

Anar Mədətov onu da vurğulayıb ki, anası ilə keçmiş həyat yoldaşının münasibəti heç zaman yaxşı olmayıb: "Anam 15 ildir ki, evimə gəlmir. Anam övladlarımla şəhərdə görüşürdü. Elnurə ilə ilk gündən mübasibəti yaxşı olmayıb".

Qeyd edək ki, Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb və cütlüyün iki övladı var. O Samir adlı vizajist xanımla evlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31