Anar Mədətov ayrılıq xəbərlərindən sonra ilk dəfə danışdı
Anar Mədətov ayrılıq xəbərlərindən sonra ilk dəfə danışdı
3 May 2019 13:48 MədəniyyətBir neçə gündür şəxsi həyatı ilə gündəmi zəbt edən prodüser Anar Mədətov verilişlərin birində qonaq olub. "Olaylar"-ın məlumatına görə, o, ayrılıq xəbərlərindən sonra ilk dəfə efirə çıxaraq yaşadığı qalmaqal barədə danışıb: "Mülk davası etmirəm, qarşı tərəf bunu edir. Mən hər şeyimi uşaqlarıma vermişəm, onların arxasında da dayanıram. Mən sevmişəm, evlənmişəm və özümü xoşbəxt hiss edirəm. Evləndiyim xanımı çoxdan tanıyıram. Əvvəl dost olmuşuq. Keçmiş xanımım insanlardan xahiş edir ki, məni təhqir etsinlər. Heç kim yazıq deyil. Nə olursa, yaxşılığa doğru olur".
A.Mədətov həmçinin keçmiş xanımı Elnurə Mədətovaya dəstək olan şou-biznes üzvlərinə sərt mesaj göndərib: "Bacısını tanıtdığım (red- İradə İbrahimova) Nigar İbrahimova mənim haqqımda sosial şəbəkədə pis şeylər yazır, aparıcılara zəng vurur ki, Anarı biabır edin. Halbuki, bacısını Anar Mədətov məşhur edib. Öz problemlərinizi həll edin, toyunuz vaxtı baş verənləri unutmayın. Gördüm ki, onu başa sala bilmirəm. Ərinə zəng vurdum. Aysel Əlizadə və başqaları da hər yerdə əleyhimə rəylər yazır".
Qeyd edək ki, Anar Mədətov efirdə 2-ci dəfə evləndiyini desə də, amma hələ Elnurə Mədətova ilə rəsmi şəkildə boşanmayıb. O, Samirə adlı vizajistlə ailə qurmağa hazırlaşır. 46 yaşlı prodüser hətta xınayaxdı mərasimində də iştirak edib. Cütlüyün iki övladı var. Onun 21 yaşlı oğlu Mahir Mədətov milli komandanın və "Qarabağ" futbol klubunun oyunçusudur.
sia