Hacıbaba Hüseynov yaradıcılığı “Unudulmayanlar” layihəsində
Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb.
8 Aprel 2019 16:09 MədəniyyətAprelin 13-də Beynəlxalq Muğam Mərkəzində Mərkəzin "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçiriləcək.
Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb.
Tədbirdə ustad xanəndənin tələbələri, sənət yoldaşları çıxış edəcək, xatirələrini bölüşəcək və öz ifalarını təqdim edəcəklər.Gecəni Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl müşayiət edəcək.
Qeyd edək ki, "Unudulmayanlar" layihəsi Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi ən maraqlı iri miqyaslı layihələrdən biridir.Uzun illər davam edən və özünə geniş dinləyici auditoriyası toplayan bu layihə çərçivəsində böyük bəstəkar Qara Qarayevə, Bülbülcana, Xalq artistləri Həqiqət Rzayevaya, Şövkət Ələkbərovaya, tarzən Əliağa Quliyevə və başqalarına həsr olunmuş tədbirlər də bu layihə çərçivəsində baş tutub.