“Bölgələrdən bölgələrə” festivalının növbəti ünvanı Ağdaş

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub. Olaylar.az bildirir ki, yaradıcılıq festivalında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş olub. Olaylar.az bildirir ki, yaradıcılıq festivalında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival Ağdaş şəhərindəki Heydər Əliyev parkında keçirilib.

Festivalın budəfəki proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunub. Regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin, musiqiçilərin ifasında "Azərbaycan", "Yaşa mənim xalqım", "Qarabağ şikəstəsi", "Üç rəngli bayrağım" kimi vətənpərvərlik ruhunda olan və birliyə çağırış mesajı verən mahnılar səsləndirilib.

Regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarlarının, yaradıcı insanların əl işləri - dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları sərgilənib.

Çoxsaylı insanın iştirak etdiyi festivala rəng qatan anlardan biri Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş Mədəniyyət Mərkəzinin Kəndirbazlar Folklor Kollektivinin rəhbəri, tanınan kəndirbaz Məhəmməd Paşayevin kəndir üzərində müxtəlif maraqlı hərəkətlər nümayiş etdirməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31