Teatr kollektivi Zaqatala, Balakən və Qaxda çıxış edəcək
Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxa qastrol səfərinə yollanacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edəcək.
5 Noyabr 2018 14:03 MədəniyyətAkademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxa qastrol səfərinə yollanacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında "Vəsiyyət" tamaşası ilə çıxış edəcək.
Olaylar.az bildirir ki, yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov və Münəvvər Əliyeva, aktrisa Ləman İmanova, əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt, əməkdar artistlər Almaz Amanova, Sevinc Əliyeva, aktyorlar Rüstəm Rüstəmov, Elçin Əfəndi, əməkdar artist Kazım Həsənquliyev, İlahə Həsənova və Fəridə Şahbazova əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev çıxış edirlər.