“Yaradanlar və yaşadanlar” layihəsi əməkdar artistin yaradıcılığına həsr olundu

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən möhtəşəm konsert tanınmış müğənni, əməkdar artist Kifayət Gəncəlinin yaradıcılığına  həsr olunmuşdu. Olaylar.az bildirir ki, konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.

Gecədə xalq artistləri Gülyanaq Məmmədova "Arzum budur",  Nəzakət Teymurova "Uca dağlar", əməkdar artistlər Firuzə İbadova "Qəlbimin səsi", Cavanşir Məmmədov  " Dəli ceyran", Kifayət Gəncəli  özü "Xatırla məni", Arzu Əliyeva "Düz bir ildi", Gülüstan Əliyeva "Xatirələr",  Azərbaycan Televiziyası və Radiosunun solistləri Nurlan Namazov  "Pəri-pəri", Rövşən Əziz "Bəyənmir məni", müğənnilər Məftun Məmmədli "Leyla", Könül Məmmədli "Tələbəlik illəri" mahnılarını ifa ediblər.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi. Konsertin aparıcısı əməkdar artist Rəşad  İlyasov  idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31