Mövsümün ilk premyerası - “Kim güclü, kim ağıllı?”
5 Noyabr 2018 14:01 MədəniyyətSumqayıt Dövlət Dram teatrında Rus xalq xağılı əsasında səhnələşdirilən "Kim güclü, kim ağıllı?" tamaşasının premyerası olub. Kiçik yaşlı tamaşaçılar və məktəblilərin həm əylənib, həm də öyrənmələrini təmin edən nağıl tamaşada obrazların timsalında ağıl və gücün müqayisəsi aparılır.
Olaylar.az bildirir ki, tamaşadan öncə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Texniki və Təbiət Elmləri Liseyinin direktor müavini Ətrabə Tağıyeva, quruluşçu rejissor Ayla Osmanova tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik etdilər.Daha sonra tamaşa nümayiş edildi. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.
Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa edirlər.
Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Dram. yaxın günlərdə daha bir yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcəkdir