Şamaxıda Haqverdiyevin əsəri nümayiş olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii tədbir keçirilib. Tədbiri Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev açaraq, təmsil etdiyi dövlət orqanı ilə Bilik Fondunun birgə layihələrindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fondun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii tədbir keçirilib. Tədbiri Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev açaraq, təmsil etdiyi dövlət orqanı ilə Bilik Fondunun birgə layihələrindən danışıb.

Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatların fəalları, tələbələr və gənclər Bilik Fondunun "Mizan" Tələbə Dərnəyinin rəhbəri, Xalq artisti Məmmədsəfa Qasımovun "Klassik əsərlərin səhnə həlli" mövzusunda mühazirəsini dinləyiblər.

Mühazirəçi teatrın toplu, sintetik sənət növü sayıldığı üçün müxtəlif ifadə vasitələrinə malik olduğunu diqqətə çatdırıb.

M.Qasımov Bilik Fondunun dəstəyi ilə yaradılan "Mizan" Tələbə Dərnəyinin fəaliyyətindən söz açıb və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci tələbələrinin teatra, aktyor sənətinə vurğunluqlarından danışıb və bu kollektivin səhnələşdirdiyi tamaşalardan bəhs edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Teatr və kino fakültəsinin dekanı Ellada Hüseynova çıxışında dövlətin teatr və kino sənətinə göstərdiyi diqqət və qayğını özündə əks etdirən konkret məqamlara toxunub.

Tədbirin bədii hissəsində ADMİU-nin 3-cü kurs tələbələrinin iştirakı, Xalq artisti M.Qasımovun rəhbərliyi ilə Əbdürrəhim bəy Haqverdiyevin "Yeyəsən qaz ətini, görəsən ləzzətini" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31