Muğam Mərkəzində Emin Sabitoğlunun yaradıcılıq gecəsi
5 Noyabr 2018 13:59 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "ASAN Könüllülər" təşkilatının "Mədəniyyət carçısı" proqramı çərçivəsində və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə xalq artisti, tanınmış bəstəkar, Azərbaycan kinosunun bir çox sevilmiş musiqilərinin müəllifi Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirilib.
Olaylar.az bildrir ki, tədbirin əvvəlində Azərbaycan himni səsləndi.
Tədbiri açan "ASAN Könüllülər" təşkilatının sədri Səbinə Cabbarova öz çıxışında qeyd etdi ki, bu proqram könüllülərin istedadını üzə çıxartmaq məqsədini daşıyır və bununla əlaqədar müxtəlif təlim, tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulub. O, gənc istedadlı könüllülərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.
Sonra "ASAN könüllülər" təşkilatından iştirakcılar sevimli bəstəkarımız Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.
Gecənin sonunda iştirakçılar diplomlarla təltif olundular.