Rafet El Roman azərbaycanlı prodüserin ölümündən yazdı

Ürəyində yaranan problem səbəbilə həyatını itirən tanınmış prodüser və təşkilatçı Nahid Emiloğlunun ölümü türkiyəli ifaçı Rafet El Romanı da sarsıdıb.

Müğənni bu barədə sosial media hesabında yazıb.

O, "Instagram Story"də paylaşdığı şəklə "Azərbaycanda bir çox konsertlərimi təşkil edən əziz dostum Nahid Emiloğlu həyatını itirib. Allah rəhmət eləsin. Ailəsinə baş sağlığı verirəm!" şərhini yazıb.

Qeyd edək ki, Nahid Emiloğlu türkiyəli müğənnilərlə yanaşı, Azərbaycanda dünya ulduzlarının da konsertlərini təşkil edib. O, noyabrın 1-də vəfat edib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31