Həsən bəy Zərdabinin ev-muzeyi yenidən qurulur

Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi, böyük maarifpərvər Həsən bəy Zərdabinin Zərdab şəhərindəki ev-muzeyində əsaslı təmir və bədii tərtibat işlərinə başlanılıb. Yenidənqurma işləri Prezident İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" (2012-ci il 4 iyun) və "Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında" (2012-ci il 19 iyul) sərəncamlarına əsasən aparılır. Əsaslı təmir və bədii tərtibat işlərini nazirlik tərəfindən ayrılmış ixtisaslaşmış briqada görür. Muzey, həmçinin zəruri avadanlıqla təchiz olunacaq, ekspozisiyalarla zənginləşdiriləcək, ərazi abadlaşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31