"Muhteşem yüzyıl"da böyük qalmaqal

Türkiyənin ən populyar serialına çevrilmiş "Muhteşem yüzyıl" serialında iki məşhur aktrisa arasındakı münasibətlər hədsiz gərilib. Səbəb isə indiki və sabiq eşq münasibətləridir. Milli.Az AHT-yə istinadən bildirir ki, serialda Şah Sultan rolunu oynayan atkrisa Deniz Çakırın sevgilisi İbrahim Çelikkolun iki il əvvəl aktrisa Meryem Üzerli ilə eşq yaşadığı üzə çıxıb. Meryem Üzerli serialda Hürrem Sultan rolunu oynayır. Üzerli və Çelikkol bir müddət aşiq-məşuq olandan sonra ayrılıblar.
Üzerlidən sonra Çelikkolun digər sevgilisi aktrisa Aslıhan Gürbüz olmuşdu. Fəqət, Deniz Çakır bundan indi xəbər tutub.
Bu yaxınlarda toyları olacağı deyilən Deniz Çakır və İbrahim Çelikkolun indi bir-birləri ilə danışmadıqları deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31