“Əkrəm Əylisli AYB-üzvu deyil” - AYB
8 Fevral 2013 14:15 MədəniyyətƏkrəm Əylisli dəfələrlə deyib ki, o, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb və bizim keçirdiyimiz tədbirlərdə iştirak etmir. Həmin vaxtan da bu günə kimi AYB-ə qarşı təxribat və böhtan xarakterli çıxışlar edir. AYB rəhbərliyi isə həmişə humanistlik göstərib, onun şıltaqlığına dözüb. Lakin "Daş yuxular" romanıyla Əylisli yalnız yazıçıların deyil bütün xalqın qəzəbinə tuş gəlib. AYB-nin bəyanatında bu barədə ətraflı açıqlama verilib. Bundan sonra da Ə.Əylisli mən "AYB-ni saymıram" mövqeyini bəyan edib. Biz də onun daha AYB-nin üzvü olmadığını təsdiq edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31