“Əkrəm Əylisli çox sevdiyim yazıçıdır” – Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva Əkrəm Əylisinin "Daş yuxular" əsərinə münasibət bildirib. Bu barədə "Qafqazinfo"ya açıqlama verən xalq artisti bildirib ki, Əkrəm Əylisli onun çox sevdiyi yazıçılardan birdir: "Əkrəm Əylisli mənim çox sevdiyim və hörmət etdiyim yazıçılardan biridir. Nəyə görə o, belə bir əsər yazıb mən bilmirəm. Bunu eşidəndə çox pis oldum. Yen də bu mənim şəxsi fikrmdir. Bəlkə, nəsə olub, bunun arxasında nəsə gizlənir, hələ mənə inandırıcı gəlmir? Amma gərək belə olmayaydı, xalqımıza qarşı belə sözlər yazmayaydı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31