Əkrəm Əylisli rus ziyalılarından dəstək istədi
8 Fevral 2013 13:18 Mədəniyyət"Daş yuxular" əsəri ölkədə əsas müzakirə obyektinə çevrilən yazıçı Əkrəm Əylisli "Rusiyanın səsi"nə müsahibə verib. "Qafqazinfo"nun məlumatına görə, yazıçı müsahibəsində romanın hansı məqsədlə yazılmasından danışıb:
"Mən dəfələrlə demişəm ki, bu roman iki xalqın - azərbaycanlılar və ermənilərin bir yerdə yaşaya bilməsinin mümkünlüyündən bəhs edir. Bunun üçün onların imkanları var. ..Mən bacardığım qədər özümü müdafiə edirəm. Anlayışlı insanlar var ki, məni müdafiə edirlər. Lakin hakimiyyət əlindən gələni edir ki, insanlar məni müdafiə etməsinlər, istəyirlər ki, mən cəmiyyətdə deyil, səhrada yaşayım".
Əkrəm Əylisli rus ziyalıların da dəstək gözlədiyini bildirib: "İstəyirəm ki, rus ziyalıları da bu barədə nə isə desinlər. Mən dostum Andrey Bitovun nömrəsini itirmişəm. Düşünürəm ki, mənim əsərimlə tanış olsaydı xeyrimə tam dəqiqliklə arqumentlər irəli sürərdi. Bu, mənə kömək edə bilərdi".