Abbas Bağırovun həbsinin səbəbləri bəlli oldu VIDEO

Əməkdar artist yeni klipini təqdim etdi

Azərbaycanın əməkdar artisti Abbas Bağırov yeni "Sev məni" albomunun və eyniadlı mahnıya çəkdirdiyi klipinin, eləcə də "Aləm gözəl" albomunun təqdimat mərasimini düzənləyib.
ANS PRESS-in məlumatına görə, ifaçının Anar Məmmədovun "Sev məni" mahnısına çəkdirdiyi klipi Türkiyədə ərsəyə gəlib. Mahnı türkiyəli musiqiçi Caner Tepecik tərəfindən aranjeman olunub. Çəkilişləri Türkiyədə aparılan klip "Animarka Film İstanbul" şirkətinin məhsuludur. Mahnıya Altan Dönməz ekran həyatı verib.
Qeyd edək ki, Abbas Bağırovun Türkiyədə həbs olunması bağlı yayılmış şayiələrə səbəb məhz bu klipin çəkilişləri olmuşdu. Sujet xətti olan klipi izlədikdə məsələnin nədən getdiyindən agah olacaqsız.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31