Əkrəm Əylisli prezidentin fərdi təqaüdündən məhrum edildi

Dövlət başçısı sərəncamda qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq qərar verib

Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edildi. Bu barədə Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb. Sərəncamda deyilir:
Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının 1-ci hissəsinin "Naibov Əkrəm Nəcəf oğlu" bəndi ləğv edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31