“Sevgilim məni tərk etdi”
7 Fevral 2013 20:01 MədəniyyətTürkiyənin tanınmış müğənnisi Serdar Ortaç şəxsi həyatından maraqlı etiraflar edib. İfaçı keçmiş sevgilisini unuda bilmədiyini deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, sevgilisinə sillə vurduğunu və bu səbəbdən ayrıldıqlarını söyləyib: "Tək istədiyim onun mənimlə evlənməsi idi. Amma ona qarşı səhv etdim. Dava əsnasında sevgilimə sillə vurdum. Ona görə məni tərk etdi. Hər kəs kimi, mən də xəta etdim və səhvlərimdən dərs aldım. Bu səbəbdən indiki sevgilimi incitməməyə söz vermişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31