Arif Quliyev: "İşlərimə bir müddət fasilə vermişəm"
7 Fevral 2013 14:23 MədəniyyətXalq artisti Arif Quliyevin səhhəti normallaşıb. APA-nın xəbərinə görə, A. Quliyev müalicəsinin ev şəraitində davam etdiyini deyib: "Həmin gün canlı efirdən qabaq ürəyimdə narahatlıq var idi. Belə olacağını bilmirdim. Hazırda evdə müalicə alıram. Buna görə də, işlərimə bir müddət fasilə vermişəm".
Qeyd edək ki, fevral ayının 5-də ATV telekanalının canlı yayımlanan verilişinə qonaq olan aktyorun qəflətən halı pisləşib. Teleşirkətə təcili tibbi yardım çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31