Gənc Tamaşaçılar Teatrı uşaqlar üçün 3 tamaşa üzərində işləyir
8 Fevral 2013 03:15 MədəniyyətGənc Tamaşaçılar Teatrında bir neçə tamaşa üzərində məşq gedir. Onlardan üçü uşaqlar üçün nəzərdə tutulub. Süleyman Sani Axundovun "Qaraca qız" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa da bu sıradadır. Əsər Azərbaycan teatrı səhnəsində bir neçə dəfə səhnələşdirilib. Növbəti səhnələşdirməni Xalq Artisti, rejissor Vaqif Əsədov edəcək. Təxminən bir aya yaxındır ki, məşqlər başlayıb.
Səhnə əsərinin mart ayında təhvil verilməsi nəzərdə tutulub. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elşən Aslanovdur. Rollarda Asya Atakişiyeva (Qaraca qız-Tutu), Vüsal Mehrəliyev, Manaf Dadaşov (Oruc), Roza İbadova (Ağca), Sona Babayeva (Gülpəri), Kərəm Hadızadə (Piri baba), Elşən Çarxanlı (bəy), Almaz Mustafayeva (Yetər), Sevinc Mehrəliyeva (Yasəmən) və digərləri oynayırlar. ("OLAYLAR"İA)