Opera və Balet Teatrının səhnəsində “Trubadur” operası nümayiş etdiriləcək

Fevral ayının 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə dünya opera sənəti xəzinəsinə daxil olan bu əsər hər nümayişdə böyük tamaşaçı auditoriyası toplayır.
Səhnə əsərində oynamaq üçün opera sənətinin məşhur ulduzları dəvət edilib. Tamaşada Leonoranın partiyasını Belarusun Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı, Belarus Akademik Milli Böyük Opera və Balet Teatrının, Rusiyanın Böyük Teatrının solisti Anastasiya Moskvina ifa edəcək. Manriko rolunda Rusiyanın Əməkdar Artisti, beynəlxalq müsabiqə laureatı, Mariinski Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti Avqust Amonov çıxış edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31