“Şahdağ” turizm kompleksinə turist qəbulu başladı

Qusar rayonunda yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə verilən hissəsində turistlərin qəbulu başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə kompleksdə yerləşdirmə və digər xidmətlərin məhdud sayda olduğunu nəzərə alaraq, həmçinin keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək məqsədilə "Şahdağ" Qış-Yay Turizm Kompleksinə səfərlərinizi müəyyən edilmiş turizm şirkətləri ilə həyata keçirmək tövsiyə olunur.
Birbaşa səfər edəcək turistlərə bildirilir ki, "Şahdağ" Qış-Yay Turizm Kompleksinə səfər etməmişdən əvvəl vaxta qənaət etmək üçün Kompleksin 1110 operator nömrəsindən istifadə edərək səfərlərini planlaşdırsınlar.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31