Günelin Bakı səfərinin gizlinləri məlum oldu -
6 Fevral 2013 14:51 MədəniyyətHazırda Bakıda səfərdə olan Azəri Günelin planları var. Müğənni çoxdan hazırlıqlarına başladığı və hər Bakıya səfərində üzərində çalışdığı albomunu tamamlamağa gəlib.
Publika.Az-ın məlumatına görə, vaxtının əsas hissəsini studiyada keçirəcək sənətçi həm Azərbaycandakı, həm də Türkiyədəki geniş dinləyici auditoriyasına bu yeniliyi təqdim edəcək. Albomda yer alan mahnılar müxtəlifdir. Günel bu barədə təqdimat ərəfəsində məlumat verəcəyini bildirib.
Qeyd edək ki, Günelin bir neçə sənətçi ilə əməkdaşlığı da düşünülüb. Ümumiyyətlə, sənətçi yaxın aylarda bir çox yeniliklər edəcək. Bura İbrahim Tatlısəslə, qardaşı Tunar və bir sıra sənətçilərlə layihələr və eyni zamanda, özünün klip çəkilişi, kliplər daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31