Canlı efirdə huşunu itirən Arif Quliyev həkim nəzarətindədir VIDEO

Aktyor ev şəraitində müalicə alır

Dünən canlı efirdə əhvalı pisləşən Azərbaycanın xalq artisti, sevilən aktyor Arif Quliyev həkim nəzarətindədir. ANS PRESS-in Gün.Az-a istinadən verdiyi məlumata görə, aktyor ev şəraitində müalicə olunur. 
Aktyor vəziyyətinin pisləşməsinin səbəbini belə açıqlayıb: "Verilişdə ata-oğul münasibətlərinə toxundular. Bu da mənə çox pis təsir etdi. Hazırda isə özümü normal hiss edirəm. Evdə həkimlərin nəzarəti altındayam. Mənim beyin qan-damar sistemimdə bəzi problemlər var. Bunun üçün müalicə olunmaq lazımdır. Dostlar deyirlər ki, İrana, ya da Türkiyəyə gedim. Amma hələ ki, buna imkanım yoxdu. İnşallah, yayda səhhətimlə daha ciddi məşğul olacağam. Hələliksə, həkimlər yeməyimə diqqət etməyi tapşırıblar, çox qida qəbul etmək olmaz. Gün ərzində ən çox 4 dəfə yemək yeyirəm".

Xatırladaq ki, aktyor fevralın 5-də ATV telekanalının canlı efirində "Ümid var" verilişində huşunu itirərək yerə yıxılıb. Telekanal işçiləri tərəfindən Təcili Tibbi Yardım çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31