Elşad Xose rep aləmindən getdi
6 Fevral 2013 12:54 MədəniyyətReper Elşad Xosedən xəbər var. Çoxdandır bir kənara çəkilən rep ifaçısı sənətindən uzaqlaşmaq qərarına gəlib. Bu barədə "Qafqazinfo"ya açıqlama verən reper hazırda replə yox, başqa işlə məşğul olduğunu deyib: "Hələlik başqa iş görürəm. Repdən bir qədər uzaqlaşmışam. Başım çox qarışıdır. Repə vaxtım yoxdur. Demək olar ki, sənətimdən uzaqlaşmışam".
Elşad Xose bundan sonra replə çox az məşğul olcağını da söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31