Cizgi filmləri həftəsi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Baş Təhsil İdarəsi ilə birgə fevralın 11-dən 15-dək "Cizgi filmləri həftəsi" keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, həftə ərzində Bakının 8 orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilən Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək.
Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - "Cizgi filmləri bayramı" təşkil olunacaq. Bayramda uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31