Flora Kərimova Rəqsanəyə səsləndi: “Qızlarının bəxtini bağlama!”

Xalq artisti Flora Kərimova qız anası olan sənətçi xanımlara, o cümlədən də Rəqsanəyə Publika.Az- vasitəsilə məsləhət verib. "Qızım Zümrüdün hələ 2 yaşı vardı, mən onda belə bir ifadə işlətmişdim; qızım var qapı döyəcəklər, oğlum var qapı döyəcəyəm. Sözümün canı bu idi ki, sənət adamı olaraq danışığıma, hərəkətimə fikir verməliyəm ki, övladlarım ziyan çəkməsin. Rəqsanəyə də demək istəyirəm ki, iki qız anasısan, iki dəfə qapın döyüləcək elə danış, elə hərəkət et ki, qızlarının bəxtini bağlamayasan".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31