Veteranlar Əkrəm Əylislinin titullarının alınmasını tələb edirlər
4 Fevral 2013 17:35 MədəniyyətAzərbaycan xalqına çamır atan, ümumiyyətlə öz millətini və xalqını aşağılayan şəxsin xalq yazıçısı adını, ölkənin ən ali mükafatları olan "İstiqlal" və "Şöhrət" ordenlərini daşımasına heç bir mənəvi haqqı yoxdur. Bunu deyən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyevin sözlərinə görə, Əkrəm Əylislinin də belə titullardan məhrum edilməsi vacibdir: "Əkrəm Əylislinin "Daş yuxular" romanı Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin, 20 yanvar faciəsində qətlə yetirilən günahsız soydaşlarımızın, eləcə də erməni terrorunun qurbanı olmuş həmvətənlərimizin ruhuna bir təhqirdir. Nə dərəcədə nankor vətəndaş olasan ki, bütün dünyanın vəhşi kimi tanıdığı erməniləri məzlum, yazıq, soyqırıma məruz qalmış öz millətini isə vəhşi kimi təqdim edəsən. Onun bu əsəri Azərbaycanın 20 il apardığı ideoloji mübarizənin, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq cəhdinin qzərindən qara xətt şəkdi. Heç şübhəsiz ki, ermənilər bu əsərdən uzun illər boyu Azərbaycan xalqının əleyhinə istifadə edəcək. Bütün sadalananlar nəzərə alınaraq Əkrəm Əylislinin bütün titulları alınmalı və "persona non qrata" elan edilməlidir".