Müasir ərəb ədəbiyyatı haqqında yeni kitab
4 Fevral 2013 15:47 MədəniyyətMillət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın rus dilində "Литературные взгляды Тауфика ал-Хакима" kitabı işıq üzü görüb ("Taufik əl-Həkimin ədəbi görüşləri"). İnstitutdan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, kitab XX əspin görkəmli Misir yazıçısı, dramaturqu, publisisti və mütəfəkkiri, müasir ərəb ədəbiyyatının inkişafına dəyərli töhfələr verən Taufik əl-Həkimin ədəbi görüşlərinin tədqiqinə həsr olunub. Onun əsərləri arasında əvvəllər ərəb Şərqində rast gəlinməmiş roman-gündəlik və məktublarla roman nümunələrini müşahidə etmək olar. O, ərəb novellası janrında realizmin əsasını qoyanlardan olub, məişət, satirik, yumoristik, fəlsəfi və hətta elmi-fantastik novellaların müəllifidir. Taufik əl-Həkim alovlu publisist və ədəbi tənqid sahəsində sahəsində ciddi işlərin müəllifidir. Lakin onun yaradıcılığında əsas yeri dramaturgiya tutur. Kitabda Taufik əl-Həkimin ədəbi görüşlərinə həsr olunmuş tədqiqat işindən əlavə yazıçının yaradıcılığından bir sıra nümunələrin tərcüməsi təqdim olunur.