Necati Şaşmazın xanımı imtahandan kəsildi

Necati Şaşmazla sürpriz şəkildə 12.12.12-də evlənən Nagehan Kaşıkçıya evlilik düşmədi. "Qafqazinfo"nun məlumatına görə, Yıldız Texniki Universitetin Beynəlxalq münasibətlər fakültəsində 3-cü sinif tələbəsi olan Nagehan evlilik və bal ayı həyəcanından dərslərində iştirak edə bilməyib.
Bu səbəbdən xanım Şaşmaz bütün imtahanlarından kəsilib. Bu isə o deməkdir ki, Necati Şaşmazın xanımı kəsildiyi bütün fənləri gələn il bir daha oxuyacaq.
Xatırladaq ki, Kurtlar Vadisinin qəhrəmanı ilə evlənən 21yaşlı Nagehan bir an içində bütün Türkiyədə məşhur oldu. Hətta Polad Alemdar ona sərvət bağışladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31