Hüseyn Dəryadan narkotika etirafı!
4 Fevral 2013 13:01 MədəniyyətAzərbaycanın tanınmış reperi Hüseyn Dərya artıq narkotikadan istifadə etmədiyini etiraf edib. O, bu vaxtadək adının yaradıcılığı ilə yox, ancaq narkotika istifadəçisi kimi hallandığını deyib. SİA-ya açıqlama verən Hüseyn 2 il narkotik maddələrin istifadəçisi olduğunu dilə gətirib: "Bu vaxtadək adım narkotika istifadəçisi kimi hallanıb. Nəzərinizə çatdırım ki, narkotika həyatımda cəmi iki il olub. Artıq həmin həyatı yaşamıram. Buna kim inanmırsa, özü bilər. İnananlardan isə Allah razı olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31