Tolik Aygün Kazımova haqda maraqlı faktlar açıqladı
"Onun yanında olmağımın mənası yoxdur"
1 Fevral 2013 19:11 Mədəniyyət"Mən artıq 8 ildir ki, şou-biznesdəyəm və bu müddət ərzində bir sıra maraqlı layihələr reallaşdırmışam". Day.Az saytının verdiyi məlumata görə, bu barədə "Эхо" qəzetinə müsahibəsində tanınmış prodüser Tarix Əliyev bildirib. "Aygün Kazımovanın Tofiq Bəhramov adına stadiondakı konsertini mən təşkil etmişdim. Konsertə üç-dörd gün qalmış onunla dalaşdım və kənara çəkildim, lakin ideya mənim idi, mən onu həyata keçirmişdim. Həmişə həqiqəti dediyim üçün məni qalmaqallı prodüser adlandırırdılar", - o qeyd edib.
Prodüser Aygün Kazımovadan ayrılmağının səbəblərini də açıqlayıb.
"Aygün hazırda Snoop Dog-la beynəlxalq layihə hazırlayır. Bu layihə Türkiyənin "Dokuz Sekiz Muzik" şirkəti tərəfindən həyata keçirilir. Bu səbəbdən onun yanında olmağımın mənası yoxdur. Biz danışdıq və qərara gəldik ki, işgüzar əlaqələri dayandırırıq, dost kimi qalırıq", - o deyib.