Musiqili Komediya Teatrı heyətini yeniləmək istəyir

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. 
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev deyib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi vacibdir. Direktor qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalçılara ehtiyac olduğunu, bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcəyini bildirib. Sənədlər fevralın 28-dək Musiqili Komediya Teatrında qəbul edilir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31