Cizgi filmlərimiz Suzdal şəhərində nümayiş olunacaq

Cari ilin fevral ayının 27-dən martın 4-dək Rusiya Federasiyasının Suzdal şəhərində animasiya filmlərinin 18-ci açıq festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə  festival çərçivəsində ilk dəfə MDB və Baltikyanı ölkələrin Animasiya Filmləri Forumu təşkil olunacaq. Proqramda MDB və Baltikyanı ölkələrdə son beş ildə çəkilmiş ən yaxşı animasiya filmlərinin nümayişi nəzərdə tutulur. 
Forumda MDB-nin hər bir ölkəsindən bir təmsilçinin iştirakı nəzərdə tutulur. 
Azərbaycanlı rejissor və rəssam, "Birlik" studiyasının bədii rəhbəri Firəngiz Qurbanova da tədbirə dəvət alıb. Forumda "Fitnəkar milçək" (rejissor F.Qurbanova) və "Səmada şəkil" (rejissor C.Əhədov) adlı cizgi filmlərimiz nümayiş olunacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31