"Əkrəm Əylislinin “İstiqlal”,“Şöhrət” ordenlərini daşımağa haqqı yoxdur" - DEPUTAT
1 Fevral 2013 15:53 Mədəniyyət"Azərbaycan xalqını aşağılamış yazıçının xalq yazıçısı adı daşımağa haqqı yoxdur. "İstiqlal","Şöhrət" ordenlərini də daşımağa haqqı yoxdur". Bunu deyən millət vəkili Əli Əhmədovun sözlərinə görə, Əkrəm Əylisli "Daş yuxular" əsərində Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırır: "Əkrəm Əylisli bu ziyanlı əsəri ilə ermənilərin Azərbaycan torpaqlarına haqsız iddialarına zəmin yaradır. Ən azı sadaladığım bu günahlar Əkrəm Əylislinin bu romanının Azərbaycanda dərc olunmasına qadağa qoymağa əsas verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31