Rövşən Civişov Flora Kərimova ilə yenidən bir arada
1 Fevral 2013 15:17 MədəniyyətGənc müğənni Rövşən Civişov yaradıcılığında mühüm rol oynayan xalq artisti Flora Kərimovaya ilə yenidən eyni mahnını bölüşür. ."OLAYLAR"a məlumat verən Rövşənin sözlərinə görə, musiqisi və sözləri Gövhər Həsənzadəyə məxsus olan "Sevirəm səni" adlı mahnı yazdırıb.
"Flora xanıml birgə ifa edəcəyimiz duet tamaşaçıların istəyi idi. Sənətkarımızla bir çox müğənnilər mahnı oxuyub. Amma ən uğurlusu mənəm. Bütün məsuliyyəti ilə deyirəm, Flora Kərimova ilə ən gözəl duet oxuyan mənəm!
Hal-hazırda mahnı üzərində məşqlər gedir. Yaxın günlərdə mahnının gözəl bir təqdimatı da keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31