Türk serialı səudiyəliləri üz-üzə qoydu
1 Fevral 2013 14:07 MədəniyyətSəudiyyə Ərəbistanının mədəniyyət naziri türk seriallarının ölkədə yayımının qadağan olunacağını açıqlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir bunu türk seriallarının xalqa mənfi təsir göstərməsi ilə əlaqələndirib. Nazir deyib ki, türk seriallar xalqı üsyana sürükləyir. Lakin nazirin bu açıqlaması heç də sadə vətəndaşlar tərəfindən müsbət qatşılanmayıb. Səudiyəlilər mədəniyyət nazirinin məlum açıqlamasını kəskin tənqid edərək bildiriblər ki, əksinə türk serialları onların dünyaya baxışlarını dəyişir və xarici aləmlə bağlı məlumatlandırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31