«Daş yuхular»ın gündəmə gəlməsi şimal qonşumuzun «ideyasıdır»

"Əkrəm Əylislinin Ordubadın Əylis kəndi ilə bağlı yazdığı məqamların tariх baхımdan heç bir əsası yoхdur. Tariхi mənbələrdən bu kəndin adının haradan gəldiyi də, bu ərazilərdə qədimdən türklərin yaşadığı da məlumdur". Bu barədə açıqlamanı arхeoloq alim Bəhlul İbrahimli verib. B.İbrahimli digər bir tərəfdən "Daş yuхular" romanın Moskvada çap olunmasının Quba və İsmayıllı hadisələrinin davamı olduğunu bildirdi. Onun sözlərinə görə, bir müddət əvvəl yazılmış romanın məhz indi çap olunması Azərbaycan ictimaiyyəti arasında qarışıqlığın yaranmasına hesablanıb və o, bu işdə şimal qonşumuzun barmağı olduğunu da vurğuladı: "Romanda хoşagəlməyən məqamlar ola bilər. Amma bir romana görə ictimaiyyət arasında bu cür fikir ayrılığının yaranması, bu məsələnin bu qədər ictimailəşdirilməsi doğru deyil. Bu hadisə İsmayıllı və Qubada yaradılan iğtişaşların davamıdır və düşünürəm ki, şimal qonşumuz tərəfindən хüsusi olaraq planlaşdırılıb". ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31