“Evrovision”-a alternativ musiqi yarışması
1 Fevral 2013 11:43 MədəniyyətTürkiyənin təşəbbüsü ilə keçirilən "Avrasiya ulduzu" yarışması "Evrovision"-a alternativ ola bilər. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə TRT-nin rəhbəri İbrahim Şahin çıxış edib. Qırğızistanın televiziya qurumu ilə əməkdaşlıq sazişi imzaladıqdan sonra mediaya açıqlama verən TRT rəhbəri deyib ki, "Evrovision" boşluğu "Avrasiya ulduzu" yarışması ilə doldurulacaq. Keçən ildən start verilən bu yarışmada iştirak etmək istəyində olan Avrasiya dövlətlərinin sayının bu il bir qədər də artdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31