Gənc xanəndə Bəyimxanım Türkiyəydə
31 Yanvar 2013 18:42 MədəniyyətTürkiyə səhnəsində bu dəfə Azərbaycanın gənc xanəndəsi Bəyimxanım Vəliyeva çıxış edəcək. Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin TRT Avaz telekanalında aparıcısı olduğu "Azərinlə bir Avaz" proqramına növbəti dəfə Azərbaycan sənətçisi dəvət edib.
Azərinin proqramında Bəyimxanım Vəliyeva səhnəni Özəbəkistanın tanınmış müğənnisi Munisaxon Rizayeva ilə paylaşacaq. Bu dəfə də əməkdar artistimiz qonaqları ilə ortaq türk mədəniyyətindən, o cümlədən, Azərbaycan musiqisindən, muğamlarından danışacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31