Akif Əli: “Bu yol - erməni xəstəliyinə tutulanların yoludur”
31 Yanvar 2013 18:10 Mədəniyyət"Əkrəm Əylisli tez-tez Konstitusiyaya istinad edib ürəyi istəyəni yazmaq hüququ olduğunu yada salır. Amma adam əsil erməni tərsliyi ilə boynuna almaq istəmir ki, onu necə cümlə qurmağına, hansı sözlərdən istifadə etməsinə, hansı fikri qələmə almasına görə - yəni ədəbiyyat fəaliyyətinə görə yox, tarixi təhrif etdiyinə görə suçlayır camaat. Tarixi yalan yazdığına görə!". "Azadinform" xəbər verir ki, bu fikirləri yazıçı-jurnalist Akif Əli "facebook" sosial şəbəkəsində paylaşıb. "Sən yalan yazmısan, Əkrəm Əylisli. Sən tarixdə, özü də gözümüzün qabağında olan tarixdə gördüyümüz, yaşadığımız acı həqiqətləri təhrif edib astar üzünə çevirmisən. Sən hadisələri birtərəfli, daha doğrusu ermənitərəfli yazmısan. Sən obyektiv olmamısan. Sən humanistcəsinə yox, kin, nifrət, hikkə püskürərək yazmısan. Buna isə ədəbiyyat adamının, yazıçının haqqı, hüququ, ixtiyarı yoxdur. Bu yol - erməni xəstəliyinə tutulanların yoludur. Raffinin, Vardges Petrosyanın, Zori Balayanın yoludur... Anlamırsanmı?!"-deyə A.Əli fikirlərinə əlavə edib.