Azərbaycanlı müğənninin toyunun vaxtı bəlli oldu

Müğənni Elmira Ələkbərzadə 35 yaşlı Emil Əliyevlə münasibətlərini Səbail rayon VVAQ-da ötən ilin noyabrın 3-də rəsmiləşdirmişdi. Nikahdan sonrakı müsahibələrində cütlük toyun Məhərrəmlikdən sonra olacağını bildirmişdi. Müğənninin dediyinə görə, onlar bir il idi ki, görüşürmüş və Emma evlilik qərarını xeyli götür-qoy edəndən sonra verib.  Milli.Az Press24.az saytına istinadən xəbər verir ki, bu yaxında cütlük verdikləri vədi yerinə yetirmək qərarına gəlib. Artıq onların toy edəcəkləri məkan və zaman bəlli olub.  Emma Ələkbərzadə və Emil Əliyevin toyu fevralın 8-də "Cıdır" restoranında keçiriləcək. Cütlük öz ailə və sənət dostlarına dəvətnamələri sabah paylayacaq.
Qeyd edək ki, biz də bu toyun vaxtını təsadüfən öyrəndik. Əməkdaşımız "Cıdır" restoranına toyla bağlı müraciət edərkən şadlıq evinin işçisi ona ayın 8-də zalın artıq sifariş verildiyini, orada Emma Ələkbərzadənin toyu olacağını və cütlüyün dəvətnamələri də artıq sifariş verdiyini bildirib.
Amma Emma xanım nədənsə toyla bağlı bütün məlumatları gizli saxlayır və bu barədə mediaya məlumat verməməyi toya dəvət olunanlardan da xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31