Qara Qarayevin 95 illiyinə həsr olunmuş konsert keçiriləcək

2013-cü il fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkarımız Qara Qarayevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konsert keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,  konsertdə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. 
 
Yubiley gecəsində Qara Qarayevin "Consertogrosso", "Yeddi gözəl" baletindən Adacio, "7 nömrəli Prelyudiya", Dmitri Şostakoviçin "Fortepiano və orkestr üçün 1 nömrəli konsert", Sergey Prokofyevin "Yəhudi mövzusunda uvertüra" və Alfred Şnitkenin "Fortepiano ilə orkestr üçün konsert" əsərləri səsləndiriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31