Nadir Qafarzadə: "Onun evi yıxılacaq" VIDEO

"Yaxşı gəlin olarsa, ona canım qurban olmazsa..."

Milli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri "Pərdə" maqazin proqramının yanvarın 30-u 22:00-da nümayiş olunacaq buraxılışında yenə də çox fərqli mövzular çözüləcək. Təkrarı 31 yanvar 15:00-da yayımlanacaq, rejissoru Aynurə Tahirqizi, aparıcısı Zaur Nəbioğlu olan verilişdə bunlardan xəbərdar olacaqsınız:
- Aygün Kazımovanın sənətdə olan fanatı kimdir?
- Röyanı hansı türk məşhur dəstəklədi?
- Hansı tanınmış türk şoumeni Şamaxıda toy apardı?
- Aşıq Telli nişanlandımı? O bu barədə ilk dəfə bizə danışacaq.
- Aşıq Əlinin hansı hərəkəti uzun müddət müzakirə olunacaq?
- Şou-biznesdə olan 2 incik şəxs barışacaqmı?
- Mügənni və klipmeyker qalmaqalına son qoyuldu.
"Pərdə"nin maraqla izlənilən "5 Etiraf" rubrikasinda bu dəfə Emil Bədəlov 5 şokedici etirafla görüşünüzə gələcək. Emil Bədəlov keçmişindən danışdı. "5 Etiraf"da bu günəcən danışılmayan həqiqətlər. Emil hansı həmkarı ilə əlbəyaxa davaya çıxıb?
Zaur Nəbioğlu ilə "Tet-A-Tet" söhbətdə bu dəfə qonaq Nadir Qafarzadədir. Odlu-alovlu, çoxunu yerindən oynadacaq söhbətlər edən Nadir Qafarzadə kimə hədə-qorxu gəldi?
"Yaxşı gəlin olarsa, ona canım qurban olmazsa..." deyən Nadirin şəxsi həyatında baş verən bu hadisə ilk dəfə "Pərdə"də açılacaq. Nadir Qafarzadə həmkarlarından birini çəkinmədən tənqid etdi. Özünün ağıllı olmadığını bildirən Nadir: "O mənim barəmdə bir dənə deyəcək, mən onun barəsində 10 dənə faktla danışacam, onun evi yıxılacaq", - dedi. O kimin adını çəkəcək?
Aparıcı Zaur Nəbioğlunun təqdim etdiyi hansı məktub Nadiri kövrəltdi? Məktub kimdəndir?
Suallar çox, cavabı isə çox sadədir. Bu axşam saat 22:00-dan etibarən Lider TV-nin efirini izləməklə şou dünyasında yaşananlardan xəbərdar olacaqsınız.
Bu "Pərdə" sizi çox gerçəklərdən xəbərdar edəcək...
Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31