Müslüm Gursəsdən ümid kəsildi

Türkiyənin ən məşhur müğənnilərindən biri Müslüm Gursəsin sağalma şansı artıq qalmayıb. Milli.Az Habertürk-ə istinadən bildirir ki, "Müslüm baba" kimi tanınan müğənninin xanımı Muhterem Nur deyib: "Artıq ümid kəsildi. Müslümün yolu o tərəfədir". Ötən ilin noyabrında ürəyində cərrahiyyə əməliyyatına məruz qalan, sonra qaraciyər və böyrək çatışmazlığı ilə üzləşən Müslüm Gursəs indi koma vəziyyətində, reanimasiyadadır. 59 yaşlı sənətçinin ağciyərində infeksiya olduğu üçün o, yuxu dərmanları vasitəsilə yatırılıb. 
"Ümidlər kəsilib. Həkimlər onun yaxşılaşacağına inanmırlar. Üç aydır ki, yataqdadır, hər tərəfi yaradır", - Muhterem Nur ağlayaraq danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31