Naxçıvan tarixi ilə tanış olun
31 Yanvar 2013 03:59 MədəniyyətNaxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji araşdırmaların, ilkin şəhər mədəniyyətinin təbliği məqsədilə yeni sayt yaradılıb. www.qedim.nakhchivan.az saytında Naxçıvanın orta tunc , Kür-Araz, eneolit və s. dövrlərin mədəniyyətlərini əhatə edən qədim yaşayış yerləri - Qazma mağarası, Gəmiqaya, Xaraba Gilan, qədim duz mədəni, Oğlanqala, I, II Kültəpə, I, II Maxta və digər tarixi yerlərdə aparılan arxeoloji tədqiqatlar, onların nəticələri, regionun qədim mədəniyyətinin araşdırılması məqsədilə imzalanan sərəncamlar öz əksini tapıb.
Saytda həmçinin Naxçıvan tarixinə, mədəniyyətinə, folkloruna dair sənədlər, elektron kitablar, toplular, məqalələr, fotoalbomlar yer alıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31