Naxçıvanda Ərtoğrul Cavid adına musiqi məktəbi istifadəyə verildi

Naxçıvan şəhərində Ərtoğrol Cavid adına uşaq musiqi və bədii sənətkarlıq məktəbinin yeni binası istifadəyə verilib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərdiyini, son illərdə 20-dən çox tədris ocağının binalarının yenidən inşa olunduğunu və əsaslı təmir-bərpa edildiyini deyib.
Yeni tədris müəssisəsində 310 şagirdin təhsili ilə 78 müəllim məşğul olur. İki mərtəbəli binada 21 sinif otağı, kitabxana, konsert zalı istifadəyə verilib, Ərtoğrol Cavidə həsr olunmuş fotoguşə yaradılıb. Məktəbdə xalq çalğı alətləri, fortepiano, simli alətlər, rəsm və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31