Nizami, Nəsimi və Füzuli…

Qazaxıstanın paytaxtı Astanada Vidadi Salahov və Kalimaş Beqalinovanın həmmüəllifi olduqları "Böyük Azərbaycan mütəfəkkirləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığı" kitabı rus dilində nəşr edilib. AMEA mətbuat xidmətinin məlumatına görə kitabın rəyçiləri Azərbaycandan akademik Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.
Toplu "Azərbaycanın tarixi keçmişindən səhifələr", "Nizami Gəncəvinin yaradıcılığı mənəvi mədəniyyətin və incə hisslərin vəhdəti kimi", "İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində hürufiliyin ifadəçisi kimi", "Məhəmməd Füzuli Azərbaycan poeziyasının parlaq nümayəndəsi kimi" fəsillərinə bölünüb. Kitab universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə olunacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31